Azərbaycanda qanunverici hökumət sənaye parklarının rezidentləri üzün gömrük rüsumundan azad edilmə müddətini daha 1 il uzatmaq istəyir.
Bu barədə Banker.az-a Milli Məclisdən daxil olan məlumatda deyilir.
Məlumata görə, bununla bağlı qanun layihəsi bu ün Milli Məclisin payız sessiyasına müzakirəyə çıxarılıb.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunununda 20.0.20-ci bənddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumundan azaddır.
6 il əlavə olunarsa, bu 2022-ci ilin mayına qədər tarixi əhatə edir.