Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb.
Agentliyin məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, hesabatda ötən il dünya iqtisadiyyatında mənfi meyllər gücləndiyi, iqtisadi fəallıq zəiflədiyi əksini tapıb.
“Bu proses Azərbaycandan da yan ötməyib. Amma Azərbaycan prezidentinin apardığı uğurlu siyasət nəticəsində bunun ölkəmizə təsiri az olub. Azərbaycan investisiya qoyuluşlarına görə ən cəlbedici ölkələr sırasındadır. Ötən il ərzində sosial-iqtisadi infrastruktur layihələrinə 16 milyard manata yaxın sərmayə qoyulub”, – deyə spiker bildirib.
Daha sonra baş nazir Artur Rasizadə hökumətin hesabatını təqdim etməyə başlayıb.
APA