Azərbaycanda makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.
“İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 manat səviyyəsində götürülüb”- deyə, sənəddə bildirilir.