15 C
Baku
Tuesday, April 23, 2024

Hökümətin strateji tərəfdaşı “Accessbank”da 19,9%-lik səhm alıb

Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 100% xarici kapitallı olan “Accessbank” QSC-nin yeni səhmdarı olub.

Banker.az xəbər verir ki, bu barədə bu gün Accessbank tərəfindən təşkil olunan konfransda açıqlanıb.

ADB nümayəndəsi Corc Rubli (George Rublee) bildirir ki, Asiya İnkişaf Bankının kapitallaşma prosesində göstərdiyi səylərlə biz bir daha AİB-in səhmdarı olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetlərə sadiq qaldığımızı nümayiş etdirib.

“ADB inklüziv inkişafın katalizatoru olan ölkənin maliyyə sektorunun dinamik və dayanıqlı şəkildə böyüməsini dəstəkləyir. AccessBank makroiqtisadiyyatda mühüm rol oynayan əhalinin əsas hissəsinə xidmət göstərir və bundan sonra da ölkə iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz qiymətli töhfəsini verməkdə davam edəcək. Biz AccessBank-ın uğurlarının davamlı olması üçün tərəfdaşlarımızla əməkdaşlığa hazırıq”- deyə, ADB nümayəndəsi bildirib.

Bildirək ki, ADB “Accessbank” nizamanmə kapitalında 19,9% ilə ən böyük səhmdarı olub.

Yeni səhmdarlar barədə oxu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər