14 C
Baku
Thursday, October 31, 2024

“Hökumətin xarici kreditor mövqeyi güclü olaraq qalır”

“Standard & Poor’s” kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “ВВВ-/А-3” səviyyəsində reytinq üzrə “Sabit” proqnozla təsdiqləyib.

Reytinq agentliyinin məlumatına görə, Azərbaycanın suveren reytinqlərinin təsdiqlənməsi S&P-nin belə bir rəyini əks etdirir ki, ölkədə neft hasilatı ilə bağlı gəlirlərin sürətli artımının qeydə alındığı əvvəlki dövrlə müqayisədə tədricən pisləşməyə baxmayaraq, hökumətin genişləndirilmiş təmiz aktivlərinin göstəriciləri və onun xarici kreditor mövqeyi kifayət qədər güclü olaraq qalır.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər