28 C
Baku
Saturday, July 27, 2024

“Holcim Azərbaycan” 145.6 mln. manat gəlirə qarşı 6.6 manat xalis mənfəət əldə edib

Sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2022-ci ildə 145.57 mln. manatlıq gəlirə qarşı 6.61 mln. manatlıq xalis mənfəət açıqlayıb.

Banker.az bunu şirkətin audit hesabatına istinad edir.

Bununla da, illik müqayisədə sement istehsalçısının satışlardan əldə etdiyi gəlirlər illik müqayisədə 30.57 mln. manat və ya 27 fiazə yaxın artıb.

Şirkətin satışlarının maya dəyəri illik müqayisədə 15.2 mln. manat (25%) artaraq 76.8 mln. manat təşkil edib.

“Holcim Azərbaycan” 27.31 mln. manat paylama xərcləri, 14.48 mln. manat ümumi inzibati xərclər çəkib.

“Holcim Azərbaycan” ASC-nin balansında illərin 101.65 mln. manatlıq yığılmış mənfəəti mövcuddur. 2022-ci ildə 3.12 mln. manat səhmdarlara dividend ödəyib. Məsələn, 2021-ci ildə şirkət səhmdarlarına 11.15 mln. dividend ödəmişdi.

Cari ilin iyununun 7-də şirkətin səhmdarları toplanaraq səhmdarlarına xalis mənfəətdən dividend ayırması planlayıblar. Bununla bağlı indiyə qədər yığıncağın protokolu açıqlanmadığı üçün nə qədər ayrılacağı məlum deyil.

“Holcim Azərbaycan” ASC-nin səhmlərinin 66%-i “Holcim LTD”yə, 24%-i “Holcim Auslandbeteiligungs GmbH” şirkətinə, qalan faizləri isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

2021-ci ildə əsasən fiziki şəxs olan səhmdarlar bu şirkətin dividend siyasətindən razı deyildilər. Bildirirdilər ki, əsas səhmdar “Holcim LTD” olduğundan hər bir məsələ bu şirkətin istədiyi şəkildə olur, fiziki şəxs səhmdarların qərarlara təsir imkanları yoxdur.

53453453534

Son xəbərlər
Digər xəbərlər