10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Holcim Azərbaycan – Maliyyə vəziyyətindəki geriləmənin təsiri “birjaya da çatdı”

Azərbaycanda sement istehsalçısı olan “Holcim (Azərbaycan)” ASC 2020-ci il üzrə maliyyə nəticələrinin zəif olması xəbəri ardından səhmlərinin qiymətində xeyli zəiflik müşahidə edilməkdədir.

Banker.az bu barədə bazardakı mənbədən məlumat əldə edir. Sement istehsalçısı 2020-ci ildə gəlirlərini öncəki illə müqayisədə 16% azaltmaqla cəmi 101 milyon manat əldə etmişdi. Bu azalma beləcə “Holcim Azərbaycan”nın xalis mənfəətini öncəki illə müqayisədə 4 dəfə azaltmalı oldu. 2020-ci ildəki xalis mənfəət 2.15 mln. manat (2019: 9.15 mln. manat) olaraq audit hesabatında təsdiqlənir.

Maliyyə hesabatının yayılmasından 8-10 gün sonra, yəni 29 sentyabrda sement nəhənginin dövriyyədə olan səhmlərinin əqdlardə satış qiyməti 30 manat olub. Bu isə son bir ildə qeydə alınmış minimal göstəricilərin sırasındadır. Ötən gün 186 ədəd səhm ticarət olunub.

Cari ilin əvvəli 32 dollara satılan “Holcim Azərbaycan” səhmləri iyulun əvvəlində bu rəqəm 40, həmin ayın yarısında isə 47.99 manata qədər bahalaşma yaşadı.

Qeyd edək ki, bu səhmlərin nominal dəyəri 20 manatdır.

30 iyul 2021-ci il tarixində “Holcim Azərbaycan” ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilərkən, səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq etmişdilər. Lakin həmin qərardan sonra “Holcim Azərbaycan”ının fiziki şəxs səhmdarları ödəniləcək dividendlərdən narazı görsənirdilər. Əsasən Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan şirkətin fiziki şəxs səhmdarları ödənilən dividendin çox az olduğunu bildirirdilər. Səhmdar cəmiyyətin son iki maliyyə ili üzrə səhmdarlarına dividend ödəniləcəyi açıqlanmışdı. Bir səhmə görə – 2019-cu maliyyə ilinin yekunları üzrə 5,.66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1.35 manat olmaqla cəmi 7.01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1 303.86 manat dividend alacaq.

Son xəbərlər
Oxşar xəbərlər