26 C
Baku
Saturday, July 27, 2024

“Holcim Azərbaycan” səhmdarlarına ₼3.12 mln. manat dividend ödəyib

Sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2022-ci ildə səhmdarlarına dividend ödənişini azaldıb.

Banker.az xəbər verir ki, sement istehsalçısı ötən il bölüşdürülməmiş mənfəətindən səhmdarlara cəmi 3 mln. 124 min manat dividend ayırıb.

Şirkət cari ildə 6 milyon 613 min manat xalis mənfəət əldə edib və bölüşdürülməmiş mənfəətin həcmi 1 yanvar 2023-cü il tarixinə 101 milyon 647 min manata yüksəlib.

Şirkət 2021-ci ildə isə 3 milyon 124 min manat xalis mənfəət etsə də səhmdarlara 11 milyon 150 min manat dividend ayırmışdı.

2023-cü ilin aprelində açıqlamışdı ki, cari ilin iyununda səhmdarları toplaşaraq yenidən dividend ödənilməsi ilə bağlı qərar veriləcək. Lakin yığıncaqla bağlı ictimaiyyətə hansı məbləğdə dividendin ayrılacağına dair informasiya yoxdur.

Xatırladaq ki, 70 ölkədə fəaliyyət göstərən “Holcim” şirkəti Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 31 mln 812 min 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur. “Holcim Azerbaijan”in illik istehsal gücü 1,7 milyon tondur.

Son xəbərlər
Digər xəbərlər