17.9 C
Baku
Thursday, May 15, 2025

Holcim (Azərbaycan) şirkətinin Müşahidə Şurasına sədr və üzvlər seçiləcək

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının illik ümumi yığıncağı 30.06.2025-ci il tarixdə saat 10.00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir küçəsi, 6 ünvanında yerləşən “Hyatt Regency” hotelinin Hyatt Hall Ballroom zalında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların qeydiyyatı zalın foyesində saat 09.00-dan 09.45-dək aparılacaqdır.

Səhmdarların illik ümumi yığıncağının gündəliyi aşağıdakı məsələlər daxildir:

1. Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi.
2. Holcim (Azərbaycan) ASC-nin 2024-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi.
3. 2024-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.
4. Müşahidə Şurasına üzvlərin və sədrin seçilməsi
5. Təftiş Komissiyasına üzvün seçilməsi
6. Holcim (Azərbaycan) ASC ilə Holcim İnternational Finance LTD arasında imzalanmış borc müqaviləsinin müddətinin uzadılması.

Son xəbərlər
Digər xəbərlər