28 C
Baku
Saturday, July 27, 2024

“Holcim (Azərbaycan)” tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib

Azərbaycanın iri sement istehsalçısı “Holcim (Azərbaycan)” ASC tikinti şirkətinə qarşı iddia qaldırıb.

Banker.az xəbər verir ki, sement istehsalçısı “Bakinşaat Group” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyətində isə qeyd edilir ki, mübahisə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə – alqı-satqı müqaviləsi üzrədir.

“Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə keçmiş Bakı Baş Tikinti İdarəsinin mütəxəssislərinin bazasında təsis edilmiş və fəaliyyətə başlayıb. Bakinşaat Group-un əsas fəaliyyət istiqamətləri tikinti-quraşdırma, təmir, lahiyələndirmə və tikinti materiallarının istehsalıdır

Son xəbərlər
Digər xəbərlər