1 C
Baku
Saturday, December 14, 2024

“Holcim Azərbaycan”nın səhmləri COVID-19 ölkə sərhədlərindən daxil olandan sonra ucuzlaşıb

Ölkənin əsas sement istehsalçılarından biri “Holcim Azerbaijan” ASC-nin dövriyyədə olan səhmlərinin qiyməti Azərbaycanda koronovirusla bağlı xəbərlərin ardından 3,00 manat dəyərində ucuzlaşmalı olub.

Banker.az xəbər verir ki, ölkənin nəhəng sement istehsalçısının 5 mart tarixində hər biri 70 ədəd olmaqla 2800 manatlıq səhm alqı-satqısı baş tutub, bu isə hər bir səhminin 40,00 manat dəyərində ticarət olunması deməkdir.

Lakin, cəmi 2 həftə sonra, 18 mart tarixində hər bir səhmi 37,00 manat dəyərində satılqmaqla iki sövdələşmə baş tutub. Ümumilikdə bu əməliyyatlarda 616 ədəd səhm, yəni, 22 792 manatlıq səhm satılıb.

2020-ci ildə “Holcim Azərbaycan”nın səhmləri 31,00 manat ilə satılsa da, sonradan 37,00 manata və ilin 3-cü ayında 40,00 manata kimi yüksəlmişdi.

Bildirək ki, bu səhmlərin nominal dəyəri 20,00 manatdır. Ötən ilin fevral-mart ayları ərzində bu səhmlər birjada 21,00 manatla ticarət olunurdu. Hazırda 31,81 mln. manat səhm kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər