6 C
Baku
Friday, December 26, 2025

Holdinqə daxil olan telekommunikasiya şirkətinə rəhbər təyin edilib

Azərbaycanda internet provayderi olan “Connect” QSC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, indiyə qədər direktor olan Ələddin Namazov İbad oğlu vəzifəsini tərk edib.

Onu bu vəzifədə Hafiz Qasımov Məmmədəli oğlu əvəz edib. H.Qasımov bundan öncə “NaxTel” və “AzNet” kimi şirkətlərdə çalışıb.

Xatırladaq ki, “Connect” və ya “Konnekt” QSC 2005-ci ildə yaradılıb və 2000 manat nizamnamə kapitalı var. Şirkət “Sara Invest” ( indiki Azera Holdinq) şirkətlər qrupuna daxildir.

İndiyə qədər kimlər direktor olub?

Direktor Dövr
Samir Zeynalov 2007-07-13 – 2007-12-03
Fərid Səmədov 2007-12-03 – 2009-02-16
Şamil Səfiyev 2009-02-16 – 2010-08-18
Camalə Əliyeva 2010-08-18 – 2011-10-11
Haliq Məmmədov 2011-10-11 – 2012-02-15
Zaur Əmirov 2012-02-15 – 2013-06-03
Hüseyn Məmmədov 2013-06-03 – 2015-07-15
Fuad Allahverdiyev 2015-07-15 – 2016-01-16
Pərviz Abbasquliyev 2016-01-16 – 2016-03-16
Rəşad Namazov 2019-07-05 – 2022-03-04
Elçin Turabov 2022-11-05 – 2023-02-08
Mərdan Məmmədov 2023-02-08 – 2023-07-04
Elmira Abasova 2023-07-04 – 2024-05-29
Ələddin Namazov 2024-05-29 – 2025-06-23
Hafiz Qasımov 2025- Hazırda
Son xəbərlər
Digər xəbərlər