27 C
Baku
Tuesday, July 22, 2025

Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib

“Azera Holdinq” MMC-nin törəmə aqrar şirkəti “Binə Aqro” QSC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Adil Süleymanzadə Süleyman oğlu bu vəzifəyə təyin edilib.

O bu vəzifədə Həsən Əliyev Bəyəndur oğlunu əvəz edib.

Xatırladaq ki, “BİNƏ AQRO” 2015-ci ildə yaradılıb və 164 min manat nizamnamə kapitalına sahibdir və “Azera Holdinq” MMC-yə daxildir. İstehsal olunan məhsulları əsasən Rusiya, Baltik ölkələri, Səudiyyə Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur.

Son xəbərlər
Digər xəbərlər