25 C
Baku
Saturday, July 27, 2024

Holdinqin aqrarşirkətinin rəhbəri dəyişib

“Sara İnvest Holdinqi”nin aqrarşirkətlərindən biri “Agro-Land-Az” QSC-nin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Tahir İskəndərov Firuz oğlu “Agroland”ın rəhbəri təyin edilib. O bu vəzifədə Həsən Əliyev Bəyəndur oğlunu əvəz edib.

Qeyd edək ki, “Agro-Land-Az” QSC və ya “Agroland” 2017-ci ildə yaradılıb, “Sara İnvest Holdinq”inin aqrar sahədə fəaliyət göstərən şirkətidir. Şirkət əsasən istixana şəraitində tərəvəz məhsulları yetişdirməklə məşğuldur.

“Sara İnvest Holdinq” kənd təsərrüfatı, qida və qeyri-qida sənayesi, logistika, telekommunikasiya, tibb və digər xidmət sahələrinə fəaliyyət göstərir. Onun digər istixana biznesi “Binə Aqro”dur.

Son xəbərlər
Digər xəbərlər