25 C
Baku
Monday, October 13, 2025

Holdinqin kommandit ortaqlığının kapitalı ₼29 milyona çatırılıb

“PASHA Holding” MMC-yə daxil olan törəmə şirkət “PaşaInvest I MMC” Kommandit Ortaqlığının nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin kapitalı 7.58 milyon manat və ya 35 faiz artırılmaqla 29.02 milyon manata qaldırılıb.

Xatırladaq ki, “PaşaInvest I MMC” KO 2022-ci ildə 1000 manat nizamnamə kapitalı ilə təsis edilib.

Kommandit ortaqlığı — ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır.

Son xəbərlər
Digər xəbərlər