“PASHA Holding” MMC daha bir şirkət yaradıb.
Banker.az xəbər verir ki, “PASHA İnvestments Overseas” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406379141) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 10 mart 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
“PASHA İnvestments Overseas” MMC Bakı şəhəri Nəsimi rayonu, Neftçilər Pr. ev.153. ünvanında 10 000 manat Nizamnamə kapitalı ilə yardılıb.
Qanuni təmsilçi “PASHA Holding” MMC-nin əməkdaşı, həmçinin “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvü olan Sərdarlı Nəriman Həsən oğludur. Nəriman Sərdarlı həmçinin yeni yaradılan “STP Advanced Technologies” MMC-nin rəhbəridir.