Holdinq şirkəti (holdinq) – kommersiya təşkilatlarının sistemidir, ona “şirkəti idarə edən”, səhmlərin nəzarət paketinə sahib olan və kiçik şirkətlər daxildir. İdarə edən şirkət nəinki idarə edici funksiyanı, həmçinin istehsal funksiyalarını da yerinə yetirir.
Holdinqlər bütün dünyada, bütün ölkələrə xas inteqrasiya proseslərinin təzyiqi altında, yaranırlar. Bəs nəyə görə şirkətlər bir holdinqdə birləşdirilirlər?
Holdinqlər müəyyən bir məqsəd üçün yaradılırlar. Adətən, holdinqlər bazarın yeni sahələrini işğal etmək və yaxud xərcləri azaltmaq üçün təsis olunurlar. Qeyd etdiyimiz hər iki amil şirkətin dəyərini, onun kapitallaşmasını yüksəldirlər. Lakin uğur qazanmaq üçün holdinqin yalnız idarə şirkəti deyil, bütün sistem (idarə şirkəti və digər kiçik şirkətlər) birgə çalışmalıdır.
Son zamanlarda korporativ aləmi birləşmə dalğasına qərq olub. Avtomobil istehsalçıları, enerji, kompüter sahəsində nəhənglər və hətta maliyyəçilərə birləşirlər.
Bəs kommersiya təşkilatları hansı üsullarla holdinq ola bilərlər?
1. Holdinq şirkətlərin tədricən birləşməsindən və yaxud bir biznes ilə məğul olan şirkətlərin üzərində nəzarət əldə edərək yarana bilərlər. Bu “üfuqi inteqrasiya”.
Belə holdinqlərin məqsədi bazarın yeni sahələri işğal etməkdədir.
2. Vahid texnoloji dövriyyə müəssisələrinin birləşməsi nəticəsində də holdinq şirkətlər əmələ gəlirlər. Bu «şaquli inteqrasiya» adlanır.
Belə holdinqlərin əsas məqsədi xərclərin azadılması, maliyyə stabilliyinə nail olmaq və şirkətin dəyərini yüksəltməkdir.
3. Holdinq şirkətlər müəssisələrin tədricən birləşməsindən sonra bir qrupa daxil olmasından əmələ gələ bilirlər. Bu cür siyasətdən istifadə edərək qeyri- məhsuldar iş rejimində və yaxud müəssisənin müflisləşməsi zaman holdinq böyük itkilər verməkdən qurtula bilirdi.
4. Bir neçə holdinq şirkətləri də birləşib bir holdinq yarada bilirlər.
5. Milli şirkətlər də analoji sxem üzrə birləşirlər.
6. Böyük şirkətlərin “bölünməsi” və yaxud yenidən təşkil olunması zaman bir neçə holdinq şirkətləri əmələ gələ bilərlər.