16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Hollandiya Əfqanıstandakı səfirliyini Dohaya köçürür

faizlere

Hollandiya Əfqanıstandakı səfirliyini ərəb dövlətlərindən biri olan Qətərin Doha şəhərinə köçürməyə qərar verib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa ölkəsinin xarici işlər naziri Siqrid Kaaq məlumat verib.

“Hollandiya xarici vətəndaşların Əfqanıstandan çıxarılmasına kömək edən Qətərin səylərini yüksək qiymətləndirir. Hal-hazırda Hollandiya səfirliyinin Əfqanıstandan Dohaya köçürülməsi ilə bağlı tələbimizə Qətərin razılığını gözləyirik”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, daha əvvəl ABŞ və Yaponiya səfirlikləri də Əfqanıstanın “Taliban” tərəfindən işğal edilməsi donunda Kabildən Dohaya köçürülüb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər