10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Hollandiya “AstraZeneca” peyvəndinin istifadəsini dayandırdı

Hollandiyanın Səhiyyə Nazirliyi ölkədə “AstraZeneca” peyvəndinin istifadəsini ən az martın 29-a qədər dayandırdığını açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məhdudiyyətlər ehtiyat tədbiri olaraq tətbiq edilib.

“Yeni məlumatlara əsaslanaraq, Hollandiya ehtiyat tədbiri kimi “AstraZeneca” peyvəndinin istifadəsini dayandırır və əlavə araşdırma aparmağı tövsiyə edir”, – deyə mesajda bildirilir. Qərara görə təxminən 43 min vaksinasiya müraciətinin ləğv ediləcəyi qeyd edilir.

Hollandiya hökuməti bu qərarın Danimarka və Norveçdən gələn məlumatlara əsasən verildiyini açıqlayırlar. Daha əvvəl bu iki ölkə ölümcül qan laxtalanmasından sonra “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmışdır. İstifadə məhdudiyyətləri həmçinin İslandiya, İtaliya, Avstriya, Rumıniya, Bolqarıstan, Tailand və İrlandiya tərəfindən tətbiq edilmişdir. Cənubi Afrika da fevral ayında “AstraZeneca”dan imtina edib, lakin fərqli səbəblərə görə: Johannesburg Universitetinin alimləri peyvəndin virusa qarşı az effektiv olduğunu açıqlayıb.

Avropa Dərman Agentliyi (EMA), eləcə də Almaniya və Fransa hökumətləri “AstraZeneca” peyvəndinin istifadəsinin tərəfdarıdırlar.

Son xəbərlər
Oxşar xəbərlər