28 C
Baku
Saturday, July 27, 2024

Hollandiya aviaşirkəti təyyarələrində “uşaqsız zona”lar təklif etməyə başlayıb

“Corendon Airlines” aviaşirkəti Avropada ilk olaraq “uşaqsız zona”ların olduğu uçuşlara başlayıb, bu barədə “Bloomberg” yazır. Məlumata görə, belə zonada oturmaq imkanı üçün sərnişinlər $50-dan $100-a qədər əlavə ödəniş etməli olacaqlar.

Hələki uşaqlardan azad zonalar bir marşrut üzrə – Amsterdamla Karib dənizindəki Kurakao adası arasında uçuşlar üçün mövcuddur.

“Təyyarənin bu sahəsi uşaqsız səyahət edən sərnişinlər və rahat şəraitdə işləmək istəyən işgüzar səyahətçilər üçün nəzərdə tutulub”, – şirkət açıqlama verib. Yenilik valideynlər üçün də sərfəli olacaq, çünki onlar övladlarının başqa insanlara mane olub-olmamasından daha az narahat olacaqlar.

Uşaqlardan azad zonaya Airbus A350-900 təyyarəsinin ilk 12 sırası, yəni pərdə ilə digər sərnişinlərdən ayrılmış 93 standart oturacaq və doqquz XL oturacaq daxil olacaq. İlk uçuş noyabrın əvvəlində baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər