Hollandiya dünyanı yedirdə bilərmi?

Hollandiya, ilk növbədə, tülpan yetişdirən və taxta ayaqqabı hazırlayan bir ölkə olaraq tanınır. Lakin bundan əlavə, Hollandiya dünyanın ikinci ən böyük tərəvəz tədarükçüsüdür – onun illik ixracatı 6 milyard avrodur. Ən çox satılan məhsullar soğan, kartof, pomidor və bibərdir. 

Eyni zamanda, hollandiyalı fermerlər ənənəvi becərilmə ilə müqayisədə daha az su və pestisid istifadə edirlər.  Tərəvəzlər yüksək texnologiyalı istixanalarda yetişdirilir – bu yanaşmaya dəqiq əkinçilik də deyirlər – Hollandiyadakı qida sənayesinin bəzi nümayəndələri bunun dünyada ən qabaqcıl texnologiya olduğunu iddia edirlər. 

Köhnə texnologiyanın müasir istifadəsi

Hollandiya sakinləri əkinçiliyə 1944-cü ildə, İkinci dünya müharibəsindən sonra başlayıblar. Həmin ildə ölkədə aclıqdan dünyasını dəyişən insanların sayı 20 mindən çox oldu. 

Bu gün ən inkişaf etmiş istixana texnologiyasına Hollandiyanın cənub ərazilərində, əkin sahələrinin 80%-i şüşə altında olduğu “Westland” də rast gəlmək olar. 

“Duijvestijn Tomatoes” istixanalarının divarlarında qırmızı, sarı, yaşıl və tünd bənövşəyi meyvələri olan üzümlər qıvrılır. İstixana içərisinə girən hər kəs təmiz, qoruyucu kombinezon geyinməlidir. 

“Bitki 13-14 metr uzunluğa qədər böyüyür və təxminən 33 ədəd pomidor verir”, – deyə “Duijvestijn Tomatoes” in baş meneceri qeyd edir. 

Hollandiyada torpaq azdır və çox bahadır, buna görə şaquli əkin sistemi ölkə üçün xüsusilə əhəmiyyətlidir. Nəticədə, “Westland” in istixanasında hər kvadrat metrdə təxminən 70 kilo pomidor yetişdirilir. Bu, İspaniyanın və ya Mərakeşin açıq tarlalarında yetişdirilən məhsuldan on qat çoxdur. 

Tərəvəzlərin yetişdirilməsinə alternativ yanaşma

Hollandiyalı fermerlər bəzən pomidorları mineral yundan hazırlanmış kiçik torbalarda yetişdirirlər (çox vaxt bu material izolyasiya üçün istifadə olunur). 

“Burada hər şeyə demək olar ki, ancaq siz nəzarət edirsiniz, – menecer bildirir.- Biz bitkiyə nə qədər su və qida lazım olacağını dəqiqliklə müəyyən etməyi bacarırıq”. 

Bunlardan əlavə, “Duijvestijn Tomatoes” istiliyə qənaət edən innovativ ikiqat şüşəli damdan istifadə edir. Bu dam günəş işığını səpələyir və işıq bitkinin ən aşağı yarpaqlarına belə çatır. 

Geotermal quyulardakı su hər zaman mülayim temperaturda olur, bitkilərin çox sevdiyi karbon qazının səviyyəsi isə iki qat artırılır. Şaquli fermalarda diodlu lampalar var, hansılar k bitkiyə gecə belə inkişaf etmək imkanını verir. 

Artıq sular qum qatının altında saxlanılır və zərərvericilərə qarşı istifadə edilir. “Duijvestijn Tomatoes” da həmçinin bitkiləri tozlanmsı ilə məşğul olan arıların yaşadığı pətəklər var. 

Lakin ekoloqlar bu texnologiyaya şübhəli yanaşırlar. 

“Fermerlər pestisidlərdən imtina etməyə çalışırlar, bəzilərin işləri bizi heyrətə gətirir, – ekspertlərdən biri bildirir. – Lakin faktlara nəzər salsaq, məsələn, Hollandiyada suyun çirklənməsi səviyyəsinə, istixanaların yerləşdiyi rayonlardakı  sular daha çirklidirlər.  

Fermerlər bu ittihamları rədd edirlər. “Biz suları çirkləndirmirik, – deyə fermer cavab verir. – Biz qapalı su mənbələri ilə işləyirik. Biz bitkilərdə qədərində su veririk. Pomidorlar torpaqda becərildiyinə görə, sızıntı mümkün ola bilməz”. 

Şaquli gələcək

Leo Marselis – Vageningen Universitetinin bağçılıq və araşdırma mərkəzinin professorudur və o, şaquli fermaların parlaq gələcəyinə inanır. 

“Gələcəkdə bizim çoxmərtəbəli binalar boyda fermalarımız olacaq və onlar yalnız süni işıq mənbələrindən istifadə edəcəklər”, – professor bildirir. Belə fermalar iqlimdən asılı olmayacaq və sabit məhsul verəcəklər. 

 Elmi-tədqiqat mərkəzinin tələbələrinin yarısı başqa ölkələrdən gəlib – təhsilini başa vurduqdan sonra onlar yeni texnologiyaların tətbiqinə başlayacaqlar. Onlardan biri paxlalılar ilə bakteriya arasında simbiozu optimallaşdırılmasıdır, bunun köməyi ilə azot almaq mümkün olacağı güman edilir, 

“Bu bizə məhsuldarlığı artırmağa kömək edəcək. Mənim nənəm kələm yığmaq üçün 80 kilometr yol gedib. Ümid edirəm ki, yeni texnologiyalar bütün dünyanı yedirdə biləcəklər”, – fermerlərdən biri deyir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.