15 C
Baku
Friday, April 26, 2024

Hollandiya haqqında ən maraqlı faktlar

  • Hollandiyalılar öz sağlamlığı ilə məşhurdur. Burada demək olar ki, mənfi 3 dərəcə temperaturda belə heç kəs isti, yun papaqlardan istifadə etmir, hətta kiçik uşaqlar belə.
  • Hollandiyanın böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Ən aşağı nöqtə dəniz səviyyəsindən 6.7 metr məsafədə yerləşir.

  • Velosiped ölkədə ən məşhur nəqliyyat vasitələrindən biridir və burada velosipedlərin sayı təqribən 16 milyondur. Ölkənin hər bir vətəndaşı velosipedə sahibdir.
  • Amsterdamda isə velosipedlərin sayı şəhər sakinlərinin sayını geridə qoyur.
  • Burada tez-tez oğurlanan predmetlərdən biri də elə velosipeddir, xüsusən də Amsterdamda. Bu səbəbdən də velosipedlərin oğurlanmaması üçün nəzərdə tutulmuş “açar” velosipedin özündən bahadır.
  • Demək olar ki, bütün hollandiyalılar ingilis dilini bilir. Mərkəzi və kabel televiziyasında, həmçinin kinoteatrlarda filmlər yerli dildə, ingilis dilində altyazı ilə nümayiş etdirilir. İngilis dili ilə yanaşı, bir çox hollandiyalılar alman və fransız dillərinə də sahibdirlər.
  • Hollandiyada güllər çox ucuz və yüksək keyfiyyətə sahibdir. 50 zanbaqdan ibarət gül buketini cəmi 5 avroya əldə etmək mümkündür.

net07

  • Ölkə əhalisi qaydalara uyğun yaşayır və heç bir halda qanun pozuntusuna yol vermir. Avtobus dayandığı halda belə, qapıları bağlıdırsa artıq bu ona minmək şansınızın sıfıra bərabər olduğu deməkdir.
  • Əhali ev və torpaq vergisi ilə yanaşı, hər il daşqınlara qarşı sistemin inşa edilməsi və dəstəklənməsinə də vergi ödəməli olur.
  • Ölkənin ən yüksək nöqtəsi cəmi 323 metrə bərabərdir.
  • Hollandiya muzeylər ilə zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir.
  • Hollandiya ən məşhur pivə istehsalçılarından biridir. Ölkə Heineken, Amstel və Grolsch kimi brendlərin vətənidir. Heineken dünyada istehsal edilən pivə həcminə görə 3-cü yerdədir. İçkidən söz düşmüşkən, qeyd edək ki, holland arağı Jenever adlanır.
  • Hollandiyada xəstə olduğunuzu bildirərək işə getməsəniz, bunun doğruluğunu yoxlamaq üçün evinizə həkim göndərə bilərlər.
  • Hollandiyada tibbi xidmət ödənişlidir və sığorta ilə ödənilir. Burada hər kəs sığortaya sahib olmalıdır və onun dəyəri 1 ay üçün 100 avro təşkil edir.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.