23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Hollandiya hökuməti “TikTok”u 750 min avro cərimə edib

Screen Shot 2021 09 02 at 14.34.20

Hollandiya Fərdi Məlumatların Qorunması Təşkilatı (DPA) “TikTok”u 750 min avro cərimə edib. Bunun səbəbi tətbiqin hollandiyalı istifadəçilərini ingilis dilində yazılmış məxfilik siyasəti ilə tanış olmağa dəvət etməsi olub.

Qeyd edək ki, Hollandiyada uşaqların xarici dil bilməsi məcburi deyil. “Məxfilik siyasəti ilə holland dilində tanış olmaq imkanını təqdim etməyən “TikTok”, şəxsi məlumatları necə topladığına və emal etdiyinə dair tutarlı izahat verə bilməyib. Bu, insanlara şəxsi məlumatlarla nə edildiyi barədə vahid fikir verilməsi prinsipinə əsaslanan məxfilik qanunlarının pozulmasıdır”, – deyə tənzimləyicinin açıqlamasında bildirilir.

“TikTok” DPA-nın 2020-ci ilin iyul ayında uşaqlar üçün məxfilik siyasətinin “daha qısa və oxunaqlı” versiyasını təsdiqlədiyini əsas gətirərək, cəriməyə etiraz edib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər