Hollandiya öz şirkətlərinə Rusiyadan idxal olunan qazın pulunu rublla ödəmək tələbini qəbul etməyə icazə verməyəcəyini açıqlayıb.
Banker.az xəbər verir ki, “Hollandiya hökuməti Avropa Komissiyasının Rusiya fərmanının mövcud sanksiyaların pozulması olduğu qənaəti ilə razılaşır. Bu o deməkdir ki, Hollandiya şirkətlərinə bu şərtlərlə razılaşmağa icazə verilmir”, – deyə Hollandiyanın İqtisadiyyat və İqlim Nazirliyinin nümayəndəsi söyləyib.