12 C
Baku
Saturday, November 23, 2024

Hollandiya Rusiyanın 516 mln. avroluq aktivlərini dondurub

Hollandiya hakimiyyət orqanları tərəfindən dondurulmuş Rusiya aktivlərinin həcmi iki dəfədən çox artaraq 516 milyon avroya çatıb. Sənəddə qeyd olunur ki, banklar, sığorta şirkətləri, pensiya fondları, fond rəhbərləri və digər maliyyə qurumlarından aktivlərin dondurulması ilə bağlı ümumilikdə 569 hesabat daxil olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Aktivlərin dondurulması Aİ-nin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq etdiyi sanksiyaların bir hissəsi kimi başlayıb. Hollandiya parlamentinin bir neçə üzvü hökuməti aktivlərin dondurulmasının çox ləng getdiyinə görə tənqid edib. Martın ortalarına kimi ölkədə 200 milyon avro dəyərində Rusiya aktivləri dondurulub. İtaliyada rusların 900 milyon avro dəyərində əmlakına həbs qoyulub, Almaniyada isə Rusiya hesablarında təxminən 96 milyon avro bloklanıb.

 

Son xəbərlər
Digər xəbərlər