Hollandiya hakimiyyəti Ukraynaya 175 milyon avro dəyərində hərbi dəstək verəcək. Bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib.
Cənab Brekelmans həmçinin Ukrayna şirkətləri ilə təxminən 500 milyon avro dəyərində 600 min pilotsuz təyyarə istehsalı üçün müqavilələr imzalandığını açıqlayıb.
Bundan əvvəl hollandiyalı nazir 24 ədəd F-16 qırıcısının Ukraynaya verildiyini açıqlamışdı. Onun sözlərinə görə, Hollandiya təkcə avadanlıq tədarük etmir, həm də ukraynalı pilotları hazırlayır. Krallığın Baş naziri Dik Shof 2026-cı ildə Ukraynaya dəstək üçün 3.5 milyard avro ehtiyat yaratmaq planlarından danışıb.