Hollandiya Mərkəzi Statistika Bürosu (CBS) 2022-ci ilin sentyabr ayı üçün istehlak qiymətləri artımı ilə bağlı məlumatları açıqlayıb.
Banker.az CBS-yə istinadən xəbər verir ki, istehlak qiymətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 14.5% artıb. Beləliklə, ölkədə inflyasiya göstəricilərin qeydə alınmağa başladığı 1963-cü ildən bəri ən yüksək həddə çatıb.
Əvvəlki ay inflyasiya yüzdə 12% idi.
CBS inflyasiya artımının aylıq 2.4% olduğunu bildirdi.