8 C
Baku
Wednesday, December 25, 2024

Hollandiyanın çip istehsalçısı bir gündə rekord $53 mlrd. dəyər itirib

Hollandiyanın ən böyük mikroçip istehsalçısı ASML şirkətinin səhmləri üncü rüb üzrə maliyyə hesabatının dərcindən sonra 16.3% azalaraq 867 dollardan 730 dollara düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

ASML səhmlərinin düşməsi şirkətin kapitallaşmasının bir gündə 53 milyard dollar azalmasına səbəb olub. Bu, ASML-in 2002-ci ildə birjaya çıxmasından bəri rekord azalmadır. Mənfi proqnoz bütün yarımkeçiricilər sektoruna da təsir edib: AMD səhmləri 5.2%, “Nvidia” 4.7% və “Intel” isə 3.3% ucuzlaşıb.

Bildirilir ki, mənfəətin 2.08 milyard avroya, satışların isə 7.47 milyard avroya yüksəlməsinə baxmayaraq, şirkətin 2025-ci il üçün proqnozu investorları məyus edib.

Son xəbərlər
Digər xəbərlər