26 C
Baku
Saturday, July 27, 2024

Hollywood-un ən alçaldıcı peşələri

Bir çoxlarımıza yaxşı məlumdur ki, kino sənayesinin parlaqlıq və dəbdəbəsinin arxasında çox da xoş olmayan və bəzən hətta “çirkin” peşələr gizlənir. Aktyor heyətinin əldə etdiyi yüksək gəlirlər fonunda bu işçilərin aldığı əmək haqqı çox cüzi təsir bağışlayır. 

Unutmaq lazım deyil ki, aktyorların bir çox unudulmaz səhnələrinin arxasında əslində az əmək haqqı alan, “qara” və alçaldıcı işləri yerinə yetirən insanlar var. Hollywood ulduz aktyorların təhlükədən uzaq olması, senzurasız səhnələrdə öz ciddiliyini qoruyub saxlaması və s. lər üçün bu insanların əməyindən istifadə edir.

Təbii ki, çəkilən filmlərin müxtəlifliyi kimi, bu səhnə arxası işlər də müxtəlifdir. Bu peşələrdən bəziləri ilə tanış olaq:

“Boş yer dolduranlar”

Bəzilərini mükafatlandırılacağı zalda boş tamaşaçı yerlərinin olması ehtimalı belə qorxudur. Tamaşaçı zalında boş yerlərin doldurulması mütləqliyi qəribə fenomenin yaranmasına səbəb olub. Belə ki, xüsusi – “boş yer doldurma” agentliyi yaradılıb. Agentlik hər hansı bir tədbir zamanı tamaşaçı zalını sakit, gözəl geyinmiş, lazımi anda alqışlayan tamaşaçılarla təmin edir.

Hazırda, nəhəng mükafatlandırma mərasimləri və tədbirləri zamanı bu xidmətdən fəal olaraq istifadə edilir. Bura Oscar mükafatlandırma mərasimi də daxildir.  Bu “vəzifə” də işləyən insanların iş saatı səhər 9-da başlayır və gecə yarısı bitir. Bu iş könüllülük əsasında həyata keçirildiyindən əmək haqqı ödənilmir.

Təcrübəçilər

Ödənişsiz təcrübəçi işləmək yeni məsələ deyil. Maliyyə böhranı səbəbindən bir çox gənc insan karyera pilləsinin ən aşağı pilləsinə enir.

Studiyada işləyən təcrübəçi işə hamıdan əvvəl gələrək, işdən ən sonda gedir, çox saylı kiçik tapşırıqları həll edir. Lakin onların nə qədər səylə çalışmaqlarına baxmayaraq, bir neçə aydan sonra yeniləri ilə əvəz edilir.

Geyimsiz əvəzedicilər

Bir çox aktyor və aktrisalar cəsarətli səhnələr ilə bir qrup tamaşaçı kütləsinin diqqətini çəkə bilir. Lakin bu tamaşaçılar əslində bu səhnələrin məhz sevdikləri aktyorların deyil, əvəzedicilərin köməkliyi ilə çəkildiyini bilmirlər. Bu zaman isə ulduz aktyor məzuniyyət götürərək, yorucu çəkiliş meydanşasından çox-çox uzaqlarda istirahət etməklə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər