12 C
Baku
Sunday, November 24, 2024

“Honda” 2050-ci ilədək qəzaları sıfıra endirəcək texnologiyaların tətbiqinə başlayır

Yaponiyanın “Honda” korporasiyası 2050-ci ilə qədər yollarda qəzaların və ölümlərin sayını əhəmiyyətli dərəcədə azaltmaq üçün süni intellekt texnologiyalarının tətbiqinə başlayır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin relizində deyilir.

Şirkətin vurğuladığı kimi, yeni sistem sürücünün və yol hərəkətinin vəziyyətini skan etmək üçün xüsusi sensorlar və kameralardan istifadə edəcək. Təhlükəli və ya yolda maneələr törədən obyektə yaxınlaşanda avtomobil siqnal verəcək, eyni zamanda sürücünü digər yollar vasitəsilə bu barədə xəbərdar edəcək.

Bundan əlavə, “Honda” vahid telekommunikasiya sisteminin təşkili texnologiyaları yaratmağı planlaşdırır. Şirkət yol hərəkətinin vəziyyətini öyrənəcək məlumat mərkəzini yaratmaq istəyir. Bu yenilik sayəsində piyadaları qorumaq mümkün olacaq.

“Honda” – 1948-ci ildə əsası qoyulmuş yapon şirkətidir. 1959-cu ildən başlayaraq, o, dünyanın ən böyük motosiklet istehsalçısıdır. Şirkət ildə 214 milyondan çox mühərrik istehsal edir. Dünyanın ən böyük avtomobil istehsalçıları arasında “Honda” səkkizinci yeri tutur.

Son xəbərlər
Digər xəbərlər