21 C
Baku
Wednesday, October 29, 2025

“Honda” çip çatışmazlığı səbəbindən Meksikada avtomobil istehsalını dayandırıb

Yaponiyanın “Honda” konserni “Nexperia” adlı yarımkeçirici istehsalçısından tədarük problemləri səbəbilə çip qıtlığı yaşandığı üçün Meksikadakı avtomobil zavodunda istehsalı müvəqqəti dayandırıb, bu barədə “Nikkei Asia” portalı məlumat yayıb.

Məlumata görə, istehsalı dayandırılan zavod əsasən ABŞ-yə avtomobil ixracı üçün fəaliyyət göstərib. Ötən il orada 190 minədək avtomobil istehsal edilib, onların 150 mindən çoxu ABŞ-yə ixrac olunub.

Çip qıtlığı Çin və Niderland arasında “Nexperia” şirkəti ətrafında yaranan mübahisə ilə əlaqələndirilir. Şirkət Niderlandda yerləşir, lakin Çinin “Wingtech” holdinqinə məxsusdur. “Honda” bəzi avtomobil hissələrində “Nexperia”nın yarımkeçiricilərindən istifadə edir. Zavodun işinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.

Portal qeyd edir ki, çip çatışmazlığı “Honda”nın ABŞ və Kanadadakı zavodlarına da təsir edib. Bu, şirkətin avtomobil istehsalında tədarük zəncirinə görə ilk dəfə fasilə verməsidir. Bununla belə, Meksikada motosiklet istehsalı davam edir və problemə məruz qalmayıb.

12 oktyabrda Niderland İqtisadiyyat Nazirliyi “Nexperia” ilə bağlı “malların əlçatanlığı haqqında qanun”u tətbiq etdiyini açıqlayıb — bu, strateji aktivlərin qorunması üçün yalnız istisna hallarda istifadə olunan mexanizmdir. İki gün sonra Amsterdam Apellyasiya Məhkəməsi “Nexperia”nın rəhbəri Çjan Syueçjeni vəzifəsindən uzaqlaşdıraraq müvəqqəti direktor təyin edib.

Bundan sonra “Bloomberg”in məlumatına görə, Çin hökuməti cavab tədbiri olaraq “Nexperia”ya qarşı ixrac məhdudiyyətləri tətbiq edib, şirkətin Çin bölməsinə və onun subpodratçılarına bəzi komponentlərin ölkədən çıxarılmasını qadağan edib.

Son xəbərlər
Digər xəbərlər