7 C
Baku
Sunday, December 15, 2024

“Honda” dizel avtomobillərinin satışını dayandırır

Dizel mühərrikli avtomobillərdən üz döndərən avtomobil istehsalçılarına daha biri qoşulub.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Yaponiya mərkəzli avtomobil şirkəti “Honda” dizel mühərrikli avtomobil satışını dayandırır.

Şirkətin açıqlamalarına görə, 2021-ci ildən etibarən Avropada dizel yanacaqlı avtomobil satışlarına son qoyulacaq. Həmçinin, 2025-ci ilə qədər bütün avtomobil modellərinin elektrikli versiyaları təqdim olunacaq.

Bir digər məlumatlarda isə “Honda”nın 2030-cu ilə qədər satışlarının 2/3-nin elektrikli avtomobillərdən ibarət olacağı deyilir.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər