14 C
Baku
Wednesday, December 18, 2024

“Honda” və “Nissan” birləşmək üçün danışıqlar aparır

Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün danışıqlar aparır, bu barədə “Finacial Times” (FT) qəzeti yazır.

Hazırda iki şirkət onlara daha yaxşı rəqabət aparmağa kömək edəcək birləşmə üsullarını araşdırır. Birləşmə halında qlobal avtomobil sənayesində 52 milyard dollarlıq sərvəti olan nəhəng şirkət ortaya çıxacaq. O, “Tesla” və “BYD” rəqabət aparmaq üçün “Toyota” və “Volkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq.

“FT”nin qeyd etdiyi kimi, birləşmə “Nissan”ın təxminən 27% paya sahib olduğu “Mitsubishi Motors”a təsir edəcək. Bu üç marka hər il təxminən 8 milyon avtomobil istehsal edə bilər.

Son xəbərlər
Digər xəbərlər