10 C
Baku
Wednesday, November 13, 2024

“Honda” yeni elektrikli sedanını təqdim edib – Foto

“Honda” şirkəti Çin bazarı üçün yeni elektrikli “Integra” sedanını təqdim edib. Bildirildiyi kimi, model on birinci nəsil “Honda Civic” əsasında yaradılıb.

Banker.az xəbər verir ki, avtomobilin uzunluğu 4689 mm, eni 1802 mm, hündürlüyü isə 1415 mm təşkil edir. “Integra”nın kapotu altında 182 at gücündə 1.5 l tutumlu mühərrik yerləşir.

honda integra4

Modelin dizaynı heç bir təəccüb doğurmayıb: daha əvvəl avtomobilin fotolarını Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yayıb. Yeni “Honda Integra” sedanının qiyməti hələ açıqlanmayıb.

honda integra2

Xatırladaq ki, Yaponiyanın avtomobil istehsalçısı “Honda”nın “Acura” bölməsi 2022-ci ildə yeni liftbek təqdim etməyə hazırlaşır.

Acura Integra Teaser1

Acura Integra Teaser2
Acura Integra Teaser Sketch
Son xəbərlər
Digər xəbərlər