9 C
Baku
Friday, November 15, 2024

“Honda” yeni nəsil “Civic” avtomobillərini təqdim edib – Foto

“Honda” şirkəti yeni nəsil “Civic” avtomobillərini təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

756196817481920

Xarici görünüş baxımından bu model əvvəlki nəsil avtomobillərdən dəyişdirilmiş faralar və radioatorla yanaşı, güzgülərlə fərqlənir. Salonda rəqəmsal alət paneli və doqquz düymlük ekrana sahib olan multimedia sistemi quraşdırılıb.

756196817435448

Sedan həmçinin 12 dinamikli “Bose” audiosistemi və smartfon üçün simsiz şarj funksiyası ilə təchiz edilib. Qeyd edildiyi kimi, “Honda Civic” 160 at gücünə sahib olan iki litrlik mühərriklə işləyir. Eyni zamanda alıcılar 180 at gücünə sahib olan 1.5 litrlik mühərriklə təchiz edilmiş modeli seçə biləcəklər.

756196817466093

Xatırladaq ki, 8 apreldə şirkət yeni subbrendin loqosunu təsdiq edib. Bu brend adı altında “Honda” yolsuzluq avtomobillərini istehsal etməyi planlaşdırır. Şirkətin yolsuzluq avtomobillərini istehsal etmək xəbəri 2020-ci ilin yayında yayılıb. Onda yaponlar “Trailsport” əmtəə nişanını təsdiq etmək üçün müraciət göndərib.

756196817513065 756196817526442

Son xəbərlər
Digər xəbərlər