Hondurasda Azadlıq və Yenidənqurma Partiyasının namizədi Siomara Kastro Prezident seçilib.
Bu barədə Milli Seçki Şurası öz “Tvitter” səhifəsində yazıb.
Noyabrın 28-də baş tutan seçkilərdə seçicilərin 51,12%-i Kastroya səs verib.
Onun əsas rəqibi, hakim Honduras Milli Partiyasının namizədi Nəsri Asfur isə 36,93% seçicinin dəstəyini qazanıb.
Siomara Kastro Honduras tarxinin ilk qadın Prezidenti olacaq.