10 C
Baku
Friday, December 13, 2024

Hong-Kong birjası London birjasını almaqdan imtina edib

Hong-Kong fond birjasının operatoru (Hong Kong Exchanges & Clearing Ltd.) London birjasını 39 milyard dollar qiymətinə almaqdan imtina edib.

Banker.az xəbər verir ki, Reuters-in verdiyi məlumata görə, imtina  Hong Kong tərəfinin LSE rəhbərliyinin və səhmdarlarının dəstəyini ala bilməməsi ilə əlaqədar olmuşdur.

Xatırladaq ki, sentyabr ayında HKEx (Hong Kong Exchanges & Clearing Ltd.) LSE-nın (London birjası) səhmdarlarına aşağıdakı şərtlərlə birləşməyi təklif etmişdir: hər istiqraza görə 20,45 avro, HKEx səhminə görə isə 2,495 avro. Hong-Kong birjasının baş direktoru Charles Li-nin fikrincə, bu müqavilə maliyyə infrastrukturunda qlobal liderin yaranmasına kömək edəcəkdir.

“Görülən işlərə və tənzimləyicilər və səhmdarlarla aparılan müzakirələrə baxmayaraq sonda belə bir nəticəyə gəldik ki, bu birləşmə bizim səhmdarlarımızın maraqlarına uyğun olmayacaqdır”.

Qeyd edək ki, HKEx-in ən böyük səhmdarı Hong-Kong hökumətidir. Birja qiymətli kağızlar və derivativ bazarlarda ticarət və klirinq aparır və 2012-ci ildən etibarən 1.4 milyard funt sterlinqə satın aldığı London Metal Birjasına (LME) sahibdir. LSE isə Avropada aparıcı birja qrupu, London və Milan birjalarının operatorudur.

Son xəbərlər
Digər xəbərlər