10 C
Baku
Wednesday, November 27, 2024

Honk Konq xaricdən gələnlər üçün məcburi karantin müddətini azaldıb

Honq Konq xaricdən gələnlər üçün məcburi otel karantinin müddətini bir həftədən üç günə endirib.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, Honq-Konq Çinlə birlikdə dünyada COVID-19-u yerli əhaliyə yayan turistlərə karantin tətbiq edən azsaylı yerlərdən biri olaraq qalır. Cümə günü qüvvəyə minən qərar, pandemiya başlayandan bəri Honk Konqa gələnlər üçün ən qısa karantini tətbiq edəcək.

Honq Konq lideri Con Li, gələn sərnişinlərin təyin edilmiş bir oteldə üç gün karantinə alınmalı olduqlarını deyib. Ardınca isə sağlamlıq kodu sistemindən istifadə edilərək dörd günlük tibbi nəzarət aparılacaq.

Son xəbərlər
Digər xəbərlər