6 C
Baku
Wednesday, January 15, 2025

Honkonq investisiya fondları üçün vergilərin bir qismini ləğv edir

Honkonq hakimiyyəti özəl kapital fondlarını, hedcinq fondlarını və ultra varlı insanların investisiya strukturlarını kriptovalyutalardan, bank olmayan kredit alətlərindən və digər aktivlərdən əldə edilən gəlir vergisindən azad etməyi planlaşdırır, “Financial Times” yazır.

Vergitutma onların harada fəaliyyət göstərəcəkləri ilə bağlı qərarlarında “əsas amillərdən biridir”. Qeyd edək ki, Honkonq həm də kriptobiznes mərkəzi sayılır. Donald Tramp ABŞ-nin yeni prezidenti seçiləndən sonra, “Bitcoin” sürətlə bahalaşmağa başlayıb. İnvestorlar onun Ağ Evə qayıtmasının kriptovalyuta sənayesindəki inkişafa təkan verəcəyinə mərc edirlər.

Honkonq səlahiyyətliləri vergidən azad investisiyaların çeşidini daha da genişləndirməyi, və bu sahədə bank olmayan kredit alətlərini tətbiq etməyi planlaşdırırlar. Honkonq və Sinqapur milyarderlərə və investorlara böyük həcmdə kapital yerləşdirməyə imkan verən yeni strukturlar yaradaraq, offşor maliyyə mərkəzləri kimi daha güclü mövqe uğrunda mübarizə aparır.

Oktyabr ayına olan rəsmi məlumatlara görə, 2020-ci ildə investorlar 450-dən fond açıblar. İndi onların sayı 1 mindən çoxdur.

Son xəbərlər
Digər xəbərlər