14 C
Baku
Saturday, May 10, 2025

Honkonq ticarət müharibəsi səbəbindən ABŞ ilə poçt əlaqəsini dayandırır

Honkonq poçtu ABŞ-yə quru və dəniz yolu ilə çatdırılmalı olan bağlamaları qəbul etməyi dərhal dayandırır, 27 apreldən isə hava poçt göndərişlərini rəsmiləşdirməyəcək.

Bu barədə Honkonq hökumətinin bəyanatında deyilir.

“ABŞ ağılsız davranır, qorxudur və qanunsuz olaraq rüsumlar tətbiq edir”, – bəyanatda qeyd olunur.

“Honkonq Poçtu qətiyyən ABŞ adından heç bir rüsum tutmayacaq”, – Honkonq hökuməti bildirib.

Eyni zamanda, yalnız sənədləri ehtiva edən poçt göndərişlərinə bu qaydanın şamil edilməyəcəyi dəqiqləşdirilib.

Daha əvvəl ABŞ prezidentinin administrasiyası mayın 2-dən Çindən, o cümlədən Honkonqdan gələn poçt göndərişləri üçün rüsumsuz ticarət rejimini (de minimis) ləğv edəcəyini elan etmişdi.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər