Honkonqun hakimiyyət orqanları 2035-ci ilə qədər ənənəvi yanacaqla işləyən avtomobillərin qeydiyyatını dayandıracaq.
Bunu Çinin xüsusi inzibati rayonunun administrasiya rəhbəri Con Li Qanunvericilik Şurasında çıxışı zamanı deyib.
“Biz “yaşıl” nəqliyyatın inkişafını təşviq edəcəyik. 2035-ci ilədək və ya daha öncə ənənəvi yanacaq və ya hibrid mühərriklə çalışan şəxsi avtomobillərin qeydiyyatını dayandıracağıq”, – deyə Con Li bildirib.
Onun sözlərinə görə, yaxın üç ildə dövlət qurumlarında elektromobillər üçün 7 minə yaxın əlavə dayanacaq yeri ayrılacaq. Həmçinin gələn il elektrik taksilərinin, həmçinin hidrogen yanacaq elementləri ilə işləyən ikimərtəbəli avtobusların və yük avtomobillərinin sınaqdan keçirilməsi planlaşdırılır.
“2027-ci ilin sonuna qədər elektriklə çalsan 700 avtobus və 3 minə yaxın taksi istifadəyə veriləcək”, – deyə Con Li əlavə edib.