Honkonqda Dünya Ticarət Mərkəzinin binası yanır

Honkonqdakı Dünya Ticarət Mərkəzinin (World Trade Center) binasında günorta saatlarında yanğın baş verib.

38 mərtəbəli binanın elektrik açarı otağından başlayan yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Binadan 160-dək insan təxliyyə olunub, daha 350-dək şəxs binanın damına çıxıb.

Hadisə yerinə yanğın xidmətinin iki dəstəsi cəlb olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər