16 C
Baku
Friday, April 19, 2024

“Honor” 2021-ci ildə “Google” xidmətlərini dəstəkləyən yeni smartfonlar buraxacaq

Çinin “Honor” smartfon markası 2021-ci ildə “Google” xidmətlərini dəstəkləyən yeni smartfonlar buraxacağını açıqlayıb.

Bu barədə Banker.az “Vc.ru”ya istinadən xəbər verir.

Marka “Huawei”dən ayrılması sayəsində sanksiyalar altına düşməyəcək.

Xatırladaq ki, 2019-cu ilin may ayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətini qara siyahıya salmışdır. Eyni zamanda, “Google” da “Huawei” ilə əməkdaşlıqdan imtina etmişdir: smartfon istehsalçısı cihazlarını “Google” xidmətlərlə təchiz edə bilmir.

Alternativ olaraq şirkət “Huawei Mobile Services” platformasını yaratmışdır. 2019-cu ilin avqust ayında “Huawei” smartfonlarda, “ağıllı” səs kolonkalarında və digər cihazlarda istifadə edilə bilən yeni “Harmony” əməliyyat sistemini təqdim etmişdir.

2020-ci ilin noyabr ayında “Huawei” şirkəti “Honor” markasını satdığını açıqlamışdır. Smartfon istehsalçısı bunun “çətin dövrlərdə sağ qalmaq üçün” zəruri addım olduğunu bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər