15 C
Baku
Saturday, April 20, 2024

Honor 30S və Honor Play 9A smartfonları təqdim olundular – Qiyməti

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor Çində Honor 30S smartfon modelini təqdim etdi. Sözügedən smartfon minimal çərçivələrə sahib ekranı, 5G şəbəkə dəstəkli yeni Kirin prosessoru və 64 MP-lik arxa kameranı əldə edib. Beləliklə Honor 30S smartfon modeli 2400×1080 piksel keyfiyyətli 6.5 düym IPS ekrana sahibdir. Ekran həmçinin HDR10 texnologiyasını dəstəkləyir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Honor 30S

Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə, Honor 30S modeli Kirin 820 5G prsessoru, Mali-G57 qrafik sürətləndirici (Kirin Gaming və GPU Turbo texnologiyalarının dəstəyi ilə), 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.4 diafraqmalı genişbucaqlı kamera sensoru) + 8 MP (f/2.4 diafraqma, 3 qat optik zoom) + 2 MP (f/2.4 diafraqma) dördlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqma) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Honor 30S 1

Honor 30S həmçinin USB Type-C girişini və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. Smartfon həm də IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Honor 30S smartfonu Magic UI 3.1.1 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Honor 30S 7 aprel tarixində satışa çıxacaq. 128 GB daxili yaddaşa sahib model 338$-a, 256 GB daxili yaddaşa sahib model isə 380$-a satılacaq.

Honor 30S smartfonu ilə yanaşı Honor brendi daha büdcəli smartfon modeli olan Play 9A-nı da təqdim etdi. Bu smartfon nazik çərçivələrə sahib ekran, ikili arxa kamera və yüksək həcmli batareya əldə edib. Beləliklə Honor Play 9A modeli 1600×720 piksel keyfiyyətli 6.3 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.

Play 9A

Əsas texniki özəlliklərə gəldikdə. Honor Play 9A modeli 8 nüvəli MediaTek Helio P35 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP (f/1.8 diafraqma) + 2 MP (f/2.4 diafraqma) ikili arxa kamera, 8 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya təchiz olunub

Play 9A 1

Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Bununla yanaşı Honor Pay 9A smartfonu microUSB girişinə və 3.5 mm-lik audiogirişə sahibdir. Smartfon Magic UI interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Honor Play 9A 7 aprel tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 127$-a, 128 GB daxili yaddaşa sahib model isə 169$-a satılacaq.

©Technote

Son xəbərlər
Digər xəbərlər