27 C
Baku
Saturday, July 27, 2024

“Honor” smartfonları “Google” xidmətlərini dəstəkləyəcək

“Huawei” şirkəti ABŞ sanksiyalarından qurtulmaq üçün “Honor” markasını tərəfdaşlarına satıb.

Şirkətin Almaniyadakı filialı “Twitter”də “Honor” smartfonlarının “Google” xidmətlərini dəstəkləyəcəyini yazıb. Bu açıqlama “Snapdragon 778G” çipseti üzərində qurulan “Honor 50” xəttinin təqdim edilməsindən sonra verilib.

“Müstəqil” olduğu aylarda şirkət yeni müqavilələr imzalayıb. Razılaşmalar yalnız “Google” deyil, həmçinin “Qualcomm” ilə bağlanıb.

“Honor 50” smartfonlarının rəsmi təqdimatı 2021-ci ilin iyununda baş tutacaq. İlkin məlumatlara görə, şirkət üç model buraxmağı planlaşdırır – “Honor 50”, “Honor 50 Pro” və “Honor 50 Pro+”.

Son xəbərlər
Digər xəbərlər