2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Honor” yeni “Choice Earbuds X” qulaqlıqlarını təqdim edib – Qiyməti $40

“Honor” şirkəti yeni simsiz “Choice Earbuds X” qulaqlıqlarını təqdim edib. Bildirilir ki, aksesuarın qiyməti 40 dollar təşkil edir, onun ağ və qara rənglərdə satışa çıxması gözlənilir.

Banker.az xəbər verir ki, qulaqdaxili “Choice Earbuds X” görünüşcə köhnə “EarBuds 2 Lite” modelini xatırladır. Yenilik 12 mm-lik dinamiklər və zənglər zamanı səs-küyü aradan qaldıran texnologiya ilə təchiz edilib. Eyni zamanda qulaqlıqlar suya davamlıdır və IPX4 standartına malikdir.

h3

Bildirilir ki, qulaqlıqların təchiz edildiyi 40 mAh tutumlu batareyalar 6 saata qədər işləməyi təmin edir, 500 mAh-lıq keys isə aksesuarı 28 saata qədər istifadə etməyə imkan verir.

Son xəbərlər
Oxşar xəbərlər