“Honor” şirkəti yeni “Magic Vs” smartfonunu təqdim edib. Qeyd edək ki, yenilik qatlanan formatda hazırlanıb. Smartfon “Snapdragon 8+Gen 1” prosessoru, 8 və ya 12 Gb operativ, 256 Gb və ya 512 Gb daxili yaddaş, 6.45 düymlük ekran və 54 Mp əsas kamera alıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Magic Vs” smartfonunun qiyməti 1 min dollardan başlayır, satışların noyabrda başlayacağı gözlənilir. Qeyd edək ki, cihazın batareya tutumu 5000 mAh təşkil edir ki, bu da onu daha dözümlü edir.