Honq-Konq birjasının əsas indeksi “Hang Seng” ticarətin bağlanışına doğru 1,17% (309,64 bənd) azalaraq 26 149,31 bəndə düşüb. Birjanın məlumatına görə, bu indeks artıq iki gündür ki, geriləyir.
Digər birja indeksləri də azalma nümayiş etdirir. Honq-Konqda kotirovka olunan materik Çinin qiymətli kağızlarının ümumi göstəricisini əks etdirən” Hang Seng China Enterprises” indeksi 99,41 bənd (–1,09%) azalaraq 9 039,34 bəndə enib. Həmçinin 30 ən iri texnologiya şirkətinin səhmlərini əhatə edən “Hang Seng Tech” indeksi də 1,05% (60,18 bənd) azalaraq 5 678,34 bənd olub.
Birja brokerlərinin fikrincə, fond bazarına ABŞ-nin Venesuelaya hücumu ilə bağlı geosiyasi qeyri-müəyyənlik, eləcə də Çinin Yaponiyaya qarşı sanksiyaları sərtləşdirməsi təsir göstərir. Belə ki, Pekin hərbi məqsədlərlə istifadə oluna bilən ikili təyinatlı məhsulların ixracını qadağan edib.







