Zəngəzur dəhlizinin reallaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faizi başa çatdırılıb.
Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) təşkil edir və marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub.