13 C
Baku
Friday, May 17, 2024

Hormon maliyyə böhranına səbəb ola bilər

İnsan orqanizmində kortizol hormonun yüksək səviyyəsi maliyyə böhranlarının yayılmasına səbəb ola bilər. Bu haqda məlumatı Cambridge biznes-məktəbinə və Institute of Metabolic Science-a istinad edən Science Codex vermişdir.

Tədqiqat müəllifləri London treyderlərinin kortizol səviyyəsini yoxlamış və aydınlaşdırmışlar ki, heç də yaxşı vəziyyətdə olmayan iqtisadiyyat səbəbindən iki həftə ərzində stress şəraitində işləyən treyderlərdə kortizolun səviyyəsi 68 faiz artmışdır. Bundan sonra araşdırmalar laboratoriya şəraitində davam etmişdir. 36 könüllü şəxsə 8 gün ərzində hidrokortizon yeridilərək hormonun səviyyəsi 69 faizə yüksəldilmişdir. Bundan sonra bu könüllü şəxslər riskləri nəzərə alaraq qərar verməli olduqları oyunda iştirak etmişlər. Nəticədə belə aydın olmuşdur ki, kortizolun səviyyəsinin yüksək olması riskli qərarlar qəbul etməyə daha az maraq göstərməyə səbəb olur.

Müəlliflər belə qeyd etmişlər ki, 2007-2008-ci illərdə ABŞ səhmlərinin dəyişkənliyi 12-dən 17%-ə yüksəlmişdir. Alimlərin fikrincə, belə güman etmək olar ki, qeyri-sabit səviyyə kortizolun səviyyəsinin daim yüksəlməsinə səbəb olmuşdur. Nəticədə də treyderlər və digər maliyyəçilər əsas qərar verməli olduqları anda riskli qərar qəbul etməyə maraq göstərməmişlər. Məhz buna görə də, maliyyə bazarındakı qeyri-sabitlik bir mənada psixoloji faktorla da bağlı ola bilərdi.

Kortizol hormonu insan orqanizminin aclıq və stressə qarşı qoruyucu reaksiyasıdır. Həmçinin insan özünə əminsizlik hiss etdiyi anda da kortizol hormonunun səviyyəsi artır. Kortizol orqanizmi mümkün aktiv fəaliyyətə hazırlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər